← Elanlara qayıt

İsmayıllı rayonu — 120 sot həyət evi satılır

🏠 Həyət evləri · Satılır
185 000 AZN
Torpaq sahəsi 120,00 sot
Mərtəbə sayı 1
Əmlak növü Həyət evi

🏠 Əmlak haqqında

Satılır 3 otaqlı həyət evi/bağ evi 120 m², İsmayıllı Kateqoriya Həyət evi/Bağ evi Sahə 120 m² Torpaq sahəsi 10.5 sot Otaq sayı 3 Çıxarış yoxdur (ÇIXARIŞ ALINMASI ÜÇÜN İŞLƏR GEDİR) Təmir var İsmayıllı rayonunun səfalı Namazgah kəndində, Lahıc yolu üzərində, dağ yamacında yerləşən 3 otaqlı, 120 m² sahəsi olan həyət evi satılır. Ev 10,5 sot torpaq sahəsi üzərində yerləşir. Ev yüksək tavanlı, zövqlə və keyfiyyətli təmir olunub. Qonaq otağında Almaniya istehsalı, odunla işləyən dekorativ kamin yerləşir. Evdəki bütün əşyalar yeni, keyfiyyətli və tanınmış markalardandır. Evin kommunal təminatı tamdır: işıq, su, qaz və optik internet daimidir. Həyətyanı sahə xüsusi zövqlə abadlaşdırılıb. Həyətdə dekorativ bitkilər, müxtəlif növ meyvə ağacları və yaşıllıqlar mövcuddur. Namazgah kəndi həm təmiz dağ havası, həm də füsunkar təbiəti ilə seçilir. Kənd Lahıc yolu üzərində yerləşdiyindən ərazi ilin bütün fəsillərində öz gözəlliyi ilə diqqət çəkir. Kəndin ən böyük üstünlüklərindən biri isə sərin və təmiz bulaq sularıdır. Təbiətin qoynunda rahat və sakit həyat yaşamaq, istirahət evi və ya bağ evi əldə etmək istəyənlər üçün ideal seçimdir. Ev yaşayışa tam hazır vəziyyətdə, əşyaları ilə birlikdə satılır. KOD:4328

📍 Ünvan

İsmayıllı
👁️ Baxış: 20 🆔 ID: 63 🕒 27.09.2026

📍 Ərazi və yaxınlıqdakı obyektlər

🏠
Yaşayış ərazisi Yaxınlıq
🛒
Mağazalar Yaxın ərazi
🏫
Məktəb Yaxın ərazi
🏥
Xəstəxana Yaxın ərazi