← Elanlara qayıt

Bakı şəhəri, Qaraçuxur — 1 sot həyət evi satılır

🏠 Həyət evləri · Satılır
198 000 AZN
Torpaq sahəsi 1,00 sot
Otaq sayı 4
Mərtəbə sayı 2
Əmlak növü Həyət evi

🏠 Əmlak haqqında

Qaraçuxur qəsəbəsində, yerləşən 1 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 100 m² olan 2 mərtəbəli həyət evi satılır. Ev 4 otaqdan ibarətdir və orta təmirlidir. Evin yaxınlığından 81 nömrəli marşrut keçir, yaxınlıqda isə 318 nömrəli məktəb yerləşir. Bu baxımdan həm nəqliyyat, həm də sosial infrastruktur baxımından əlverişli mövqedədir. Ev qoşa daşla tikilib, mərtəbələrarası monolit beton konstruksiyaya malikdir və zirzəmisi mövcuddur. Bütün kommunal şərait təmin olunub: qaz, su, işıq və internet fasiləsizdir. Evdə kondisioner və mərkəzi istilik sistemi (atapleniya) quraşdırılıb. Ev əşyalarla birlikdə satılır, mətbəx mebeli yenidir. Yalnız bəzi elektronika əşyaları (TV, soyuducu, paltaryuyan, qabyuyan və ankastr soba) götürüləcək. Sənədlər tam qaydasındadır – kupça var. Hazırda evdə yaşayış mövcuddur. Sakit və yaşayış üçün uyğun ərazidə yerləşir. Kosmetik təmirə qismən ehtiyac var. Ciddi alıcılarla qiymətdə cüzi razılaşma mümkündür. KOD:5797

📍 Ünvan

Bakı, Suraxanı, Qaraçuxur, Qaraçuxur qəsəbəsi
👁️ Baxış: 7 🆔 ID: 320 🕒 28.10.2026

📍 Ərazi və yaxınlıqdakı obyektlər

🏠
Yaşayış ərazisi Suraxanı
🛒
Mağazalar Yaxın ərazi
🏫
Məktəb Yaxın ərazi
🏥
Xəstəxana Yaxın ərazi